İtaliyada zəlzələdə ölənlərin sayı 297 nəfərə çatdı

İtaliyada zəlzələdə ölənlərin sayı 297 nəfərə çatdı

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı, son məlumata görə, 297 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə RAİ telekanalı xəbər verib. Məlumata görə, dünən zəlzələ zamanı ağır xəsarət alan daha 2 nəfər xəstəxanada vəfat edib. Qeyd edək, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə