Türk ordusu 5 İŞİD terrorçusunu öldürüb

Türk ordusu 5 İŞİD terrorçusunu öldürüb

Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar "Fərat qalxanı" əməliyyatları çərçivəsində 4 ardıcıl hava əməliyyatı həyata keçirərək 5 İŞİD terrorçusunu öldürüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb. Həmçinin terrorçulara məxsus 26 hədəfə 72 "Fırtına" mərmisinin atıldığı bildirilib. Əməliyyatlar zamanı Azad Suriya Ordusunun 5 döyüşçüsü həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə