5,2 bal gücündə zəlzələ olub

İndoneziyanın şərqində Rixter şkalası üzrə 5,2 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zəlzələnin episentri Seram adasından 94 kilometr şimal-şərqdə, ocağı isə 113 kilometr dərinlikdə yerləşib.

Hələlik xəsarət alanlar və dağıntılar haqqında xəbər yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə