ŞOK: İngiltərə Türkiyədəki səfirliyini bağladı

ŞOK: İngiltərə Türkiyədəki səfirliyini bağladı

Böyük Britaniyanın Türkiyədəki səfirliyi 16 sentyabrda təhlükəsizlik səbəbi ilə bağlı olacaq. Axar.az xəbər verir ki, səfirliyin bağlı olması qərarının səbəbi haqda geniş məlumat yoxdur. Türkiyədəki bir çox diplomatik nümayəndəliklər, o cümlədən Böyük Britaniya səfirliyi sentyabrın 12-dən 15-ə qədər Qurban bayramı ilə əlaqədar fəaliyyətini dayandırmışdı. Ötən gündən isə diplomatik nümayəndəlik işini bərpa etməli idi.

Qeyd edək ki, İngiltərə bir müddətdir vətəndaşlarına Türkiyənin sərhəd ərazilərinə səyahət etməmələrini, bəzi bölgələrə də lazım olmadıqca getməməklərini tövsiyə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə