İngilis səfiri islam dinini qəbul edərək hacı oldu

İngilis səfiri islam dinini qəbul edərək hacı oldu

Böyük Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri Saymon Kolliz islam dinini qəbul edərək, həcc ziyarətini reallaşdıran ilk yüksək vəzifəli ingilis diplomatı olub. Axar.az "Deyli Meyl"ə istinadən xəbər verir ki, Kolliz açıqlamasında 30 il müsəlmanlar arasında vaxt keçirdikdən sonra islam dinini qəbul etmək barədə qərar verdiyini bildirib. Kral Səud Universitetinin əməkdaşı Foziya Albakr Tvitter hesabında Həcc ziyarəti zamanı Britaniya səfirinin xanımı ilə olan şəkilini də yerləşdirib.

Qeyd edək ki, Kolliz Səudiyyə Ərəbistanına qədər Suriya, İraq, Qətər, BƏƏ, Yəmən və Tunis kimi ölkələrdə diplomatik fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə