Amerikada qocalar evində atışma oldu, 1 nəfər öldü

Amerikada qocalar evində atışma oldu, 1 nəfər öldü

ABŞ yenə silahlı insidentlə çalxalandı. Belə ki, ABŞ-ın Şayenn şəhərində (Vayominq ştatı) silahlı insident baş verib. TASS agentliyinin yaydığı xəbərdə deyilir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. İlkin məlumata əsasən, naməlum silahlı qocalar evində iki nəfəri yaraladıqdan sonra intihar edib. Onun adını polis hələ ki, açıqlamır. Yaralıların vəziyyəti barədə məlumat verilmir. İnsidentlə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə