Qırğızıstanda yol qəzası: 5 nəfər öldü, 7 nəfər yaralandı

Qırğızıstanda yol qəzası: 5 nəfər öldü, 7 nəfər yaralandı

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə Cəlalabad vilayətinin Karakul şəhəri yaxınlığında, Bişkek-Oş magistral yolunun 377-ci kilometrində yük maşınının "Toyota" markalı minik avtomobili ilə toqquşması nəticəsində beş nəfər həlak olub, yeddi adam yaralanıb.

Yaralananlar vilayətin Kara-Kul şəhər xəstəxanasına yerləşdirilib. Məlumatda deyilir ki, həlak olanların şəxsiyyəti və hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə