Vanda dəhşətli partlayış: 19 nəfər yaralandı

Vanda dəhşətli partlayış: 19 nəfər yaralandı

Türkiyənin Van şəhərində güclü partlayış baş verib. Axar.az xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili yardım maşını göndərilib. Partlayışın baş verdiyi ərazi Van valiliyi və AKP-nin vilayət mərkəzinin yerləşdiyi binaya çox yaxındır. Vandakı partlayış zamanı 19 nəfər yaralanıb. Yaralılardan ikisi polisdir. Bunu Vanın millət vəkili Bəşir Atalay jurnalistlərə açıqlamasında deyib. Millət vəkili partlayışın bomba yerləşdirilmiş avtomobillə törədildiyini və əsas hədəfin polis mərkəzi olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə