Çilidə kimya zavodunda partlayış oldu, 2 fəhlə öldü

Çilidə kimya zavodunda partlayış oldu, 2 fəhlə öldü

Dünən Çilidə "Orika" şirkətinə məxsus kimya zavodunda partlayış baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimalında yerləşən Antofaqasta şəhərində qeydə alınıb.

Partlayışdan sonra zavodda yanğın baş verib. Hadisə nəticəsində 2 fəhlə ölüb. Partlayışın başvermə səbəbləri müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə