Suriyada bazar bombalandı, azı 25 nəfər öldü

Suriyada bazar bombalandı, azı 25 nəfər öldü

Suriyada daha bir faciəli hadisə baş verib. Bu ölkənin İdlib şəhər bazarı dünən hava zərbəsinə məruz qalıb, nəticədə azı 25 nəfər ölüb. "Reuters"in verdiyi xəbərə görə, ölən və yaralananlar arasında qadın və uşaqlar var. Zərbə nəticəsində bir neçə binanın uçduğu bildirilir. Zərbə endirən təyyarənin hansı ölkəyə məxsus olduğu məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə