İspanlar təkrar seçki keçirilməsini istəmirlər

İspanlar təkrar seçki keçirilməsini istəmirlər

İspaniyada 2015-ci ilin sonundan bəri davam edən siyasi böhran vətəndaşları bezdirib. "Metroscopia" təşkilatının sorğusunda iştirak edən vətəndaşların 71 faizi ölkədə təkrar seçkilərin keçirilməsini istəmədiklərini deyiblər.

İspaniyada qısa müddət ərzində iki dəfə parlament seçkiləri keçirilsə də, heç bir partiya mütləq səs çoxluğu əldə etməyib. Əsas səs toplayan 4 partiya isə kolisiya hökuməti üçün razılıq əldə edə bilməyib.

Vətəndaşlar yaranmış vəziyyətə görə siyasi liderləri günahkar hesab edirlər. Sorğu iştirakçılarının fikrincə, siyasətçilər onları aldadırlar. Onlar xalqın seçiminə hörmət edib bir yerdə işləməyə razılaşmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə