"Suriyada atəşkəs rejimi 7 gün ərzində qüvvəyə minəcək"

"Suriyada atəşkəs rejimi 7 gün ərzində qüvvəyə minəcək"

Suriyada atəşkəs rejimi 7 gün ərzində qüvvəyə minməlidir. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Con Kerri ilə görüşün yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

"Atəşkəs rejiminin qüvvəyə minməsindən 7 gün sonra xüsusi mərkəz yaradılacaq. Mərkəzdə Rusiya və ABŞ hərbçiləri, iki ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri praktiki məsələlərlə məşğul olacaqlar", deyə S.Lavrov qeyd edib.

Onun sözlərinə görə, Cenevrədə əldə olunan razılaşmalar Suriya üzrə danışıqların bərpasını yaxınlaşdıracaq: "Əlimizdən gələni edəcəyik ki, münaqişə tərəfləri sənədlərdə əks olunan razılaşmalara riayət edib danışıqlar masasına dönsünlər. Suriya rəhbərliyi artıq sənədlərlə tanış olub". Lavrov həmçinin bildirib ki, Rusiya və ABŞ arasında Suriya böhranı ilə bağlı ümumilikdə beş sənəd imzalanıb. Detalları açıqlanmayan razılaşmalar sentyabrın 12-dən qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə