“ABŞ və Rusiya bütün Suriyanı əhatə edəcək atəşkəs barədə razılığa gəliblər”
"İsveçrədə Suriyadakı münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda irəliləyiş əldə olunub." Reuters agentliyinin verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib. "ABŞ və Rusiya bütün Suriyanı əhatə edəcək atəşkəsə dair razılaşmada irəliləyişə nail olublar. Sadəcə bir neçə texniki detallar ətrafında müzakirələr davam edir. Yekun razılaşmanın nə vaxt əldə olunacağı isə hələ məlum deyil ", Dövlət Departamentinin nümayəndəsi bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB