Suriyada 3 türk əsgəri şəhid oldu

Suriyada 3 türk əsgəri şəhid oldu

Suriyanın şimalında Türkiyə ordusuna məxsus tank vurulub. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat verib. "Azad Suriya Ordusu ilə İŞİD terror qruplaşması arasında baş verən toqquşmalarda tankın vurulması nəticəsində 3 əsgər həlak olub, 1-i yaralanıb", məlumatda deyilir. Qeyd edək ki, "Azad Suriya Ordusu" Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə avqustun 24-dən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlayıb

Bütün xəbərlər Facebook səhifəmizdə