Rusiya Hələbi bombaladı: 28 dinc sakin öldü

Rusiya Hələbi bombaladı: 28 dinc sakin öldü

Rusiya Hərbi Qüvvələrinə məxsus qırıcılar dünən Suriyanın Hələb şəhərini yenidən bombalayıb. Axar.az xəbər verir ki, Sukkeri bölgəsinin 3 nöqtəsi hədəf alınıb. Hava zərbələri nəticəsində 28 dinc sakin həlak olub, 57-i isə yaralanıb. Qeyd edək ki, son bir neçə gün ərzində Rusiya Hələb şəhərinə hücumları daha da aktivləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə