Ərdoğanın sözçüsü: Putin “Fərat qalxanı” əməliyyatına tam dəstək verdi
Rusiya Dövlət Başçısı Vladimir Putin "Fərat qalxanı" əməliyyatına tam dəstək verdi. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib. "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitindən ayrılarkən, Putin və amerikalı həmkarı Barak Obama ilə Hələblə bağlı yenidən müzakirə apardı", - Kalın bildirib. Qeyd edək ki, Ərdoğanla Putin sentyabrın 3-də Çində G20 sammitində görüşmüşdülər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB