Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusiya Prezidenti Vladimir Putindən adaya neft və neft məhsullarının sabit nəqlinin qurulması imkanlarını nəzərdən keçirmək xahişi ilə müraciət edib.
İnterfaks-ın yaydığı xəbərdə deyilir ki, Kuba tərəfi neft və neft məhsullarının tədarükünün Rusiyadan əlverişli şərtlərlə maliyyələşdirilməsinin təşkilini istəyir. Kastronun Putinə yolladığı məktubda konkret şərtlər açıqlanmır, bu detallar danışıqların keçiriləcəyi halda razılaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB