Filippində 5,9 bal gücündə zəlzələ baş verib

Filippində 5,9 bal gücündə zəlzələ baş verib

ABŞ Seysmoloji Xidmətinin yaydığı məlumata əsasən, sentyabrın 4-də Filippin arxipelaqının cənubunda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar dünən yerli vaxtla saat 10:38 dəqiqədə Lapiniqan yaşayış məntəqəsinin 8 kilometr cənub-qərbində qeydə alınıb. Zəlzələnin ocağı 12,4 kilometr dərinlikdə yerləşib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə