“Layonrok” qasırğası 16 nəfərin həyatına son qoydu

“Layonrok” qasırğası 16 nəfərin həyatına son qoydu

Yaponiyanın şimal-şərqində davam edən "Layonrok" qasırğası 16 nəfərin həyatına son qoyub. Publika.az xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, İvate prefekturasının İvaidzumi şəhərində ölənlərın 9-u qocalar evində dünyalarını dəyişən ahıllardır. Onların cəsədlərini xilasedicilər aşkarlayıb. Ötən həftənin əvvəlində ölkənin şimal-şərqindəki Honsü və şimalındakı Hokkaydo adasında qasırğa səbəbindən çay daşıb. Nəticədə yüzlərlə evi su basıb. Əlverişsiz hava şəraiti səbəbindən 100-dən çox aviareys təxirə salınıb.

Qeyd edək ki, avqustun ortalarında tüğyan etmiş "Mindul" qasırğası da 60-dan çox insanın xəsarət almasına səbəb olmuşdu. Bütün bunlar bir yana, ölkənin qərbində yeni tropik qasırğa gözlənilir. Sinoptiklərin məlumatına görə, qasırğa Küsü adasına bazar ertəsi çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə