Con Kerri və Sergey Lavrov Çində Suriyanı müzakirə etdilər

Con Kerri və Sergey Lavrov Çində Suriyanı müzakirə etdilər

Dünən Çinin Xançjou şəhərində "Böyük iyirmilik" (G20) ölkələrinin sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. "RİA Novosti" agentliyinin yaydığı məlumata görə, C. Kerri ABŞ və Rusiyanın Suriya ilə bağlı bir çox texniki məsələlər üzrə razılığa gəldiyini, razılaşdırılacaq bəzi məqamların qaldığını bildirib.

ABŞ dövlət katibi S. Lavrovla sabah, sentyabrın 5-də növbəti görüş keçirmək barədə razılığa gəldiklərini də açıqlayıb. Həmin görüşdə Suriya ilə bağlı ABŞ və Rusiya arasında ziddiyyətlərin aradan qaldırılması üçün müzakirələr davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə