Ramzan Kadırovdan idmançılara “Mersedes” hədiyyəsi..

Ramzan Kadırovdan idmançılara “Mersedes” hədiyyəsi..

Çeçenistan Prezidenti Ramzan Kadırov Rio Olimpiadasında ölkəni təmsil edən çeçen idmançılara "Mersedes" hədiyyə edib. Axar.az xəbər verir ki, Kadırov bu barədə özünün İnstaqram səhifəsində yazıb. Avtomobillər boksçu Adlan Əbdürrəşidov, yunan-roma və sərbəst güləşçiləri İslambəy Albiyev, İslam Maqomedov, Anzor Boltukayevə təqdim olunub.

Rusiya ağır atletika komandasının olimpiadaya buraxılmaması səbəbindən yarışdan kənarda qalan Apti Auxadov və Adam Maliqova da avtomobil hədiyyə olunub. Mükafatlandırma mərasimi Qroznıda baş tutub. Kadırov idmançıları yarışda apardıqları mübarizəyə görə təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə