Türkiyədə antiterror əməliyyatları davam edir. APA-nın Türkiyənin "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, dünən Hakkari rayonunun Şemdinli qəsəbəsində yol təhlükəsizliyini qoruyan əsgərlərlə PKK terrorçuları arasında baş verən atışmada 5 əsgər şəhid olub, 6 əsgər yaralanıb. Terrorçuların zərərsizləşdirilməsi ilə bağlı əməliyyat aparılır. Qeyd edək ki, son iki gündə ümumilikdə Hakkari, Van və Mardində 19 hərbçi şəhid olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB