Türkiyə terrorçularla toqquşmalarda 6 əsgər itirdi

Türkiyə terrorçularla toqquşmalarda 6 əsgər itirdi

Türkiyənin Van vilayətində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən döyüşlərdə 4 əsgər şəhid olub. APA-nın "Hürriyet"-ə istinadən verdiyi xəbərə görə, onlardan birinin leytenant, digərlərinin çavuş olduğu bildirilir. Hazırda Van vilayətinin Çaldıran rayonunda Tendürek dağı bölgəsində qarşıdurmanın davam etdiyi bildirilir. Mardin vilayətində isə terrorçularla silahlı toqquşmalarda 2 əsgər ölüb.

Vilayətin Dargeçit rayonunda terrorçuların təhlükəsizlik məntəqəsini atəşə tutmaları nəticəsində 3 əsgər, 3 kənd qoruyucusu və 1 mülki vətəndaş olan qadın yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan ikisi, əsgər və kənd qoruyucusu xəstəxanada vəfat ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə