İslam Kərimov bu gün Səmərqənddə dəfn olunacaq

İslam Kərimov bu gün Səmərqənddə dəfn olunacaq

78 yaşında vəfat edən Özbəkistan prezidenti İslam Kərimovun nə vaxt dəfn olunacağı rəsmən élan olunub. Bu barədə Özbəkistan hökuməti və parlamentinin yaydığı rəsmi məlumatda deyilir. İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə