Yeni Zelandiya sahillərində 7,2 bal gücündə zəlzələ olub

Yeni Zelandiya sahillərində 7,2 bal gücündə zəlzələ olub

ABŞ-ın geoloji xidmətinin məlumatına görə, Sakit okeanın Yeni Zelandiya sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, Yeraltı təkanlar Gisborn şəhərinin 147 kilometr şimal-şərqində qeydə alınıb. Zəlzələ ocağı yerin 159 kilometr dərinliyində yerləşib. Həlak olanlar və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə