Qabonun paytaxtı Librevildə etirazçılar parlamentin binasını od vurub. AFP agentliyinin verdiyi xəbərə görə, bundan əvvəl polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib. Paytaxtda kütləvi iğtişaşlar prezident seçkilərinin nəticələri elan olunduqdan sonra başlayıb. Səsvermənin nəticələrinə görə, hazırkı prezident Əli Bonqo Ondimpa 49,85%, onun əsas rəqibi, Qabonun sabiq xarici işlər naziri Jan Pinq isə 48,16% səs toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB