Fransalı məşhur fotoqraf 93 yaşında vəfat edib

Fransalı məşhur fotoqraf 93 yaşında vəfat edib

Fransalı tanınmış fotoqraf, fotojurnalist Mark Ribu 93 yaşında vəfat edib. Axar.az xəbər verir ki, o, uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. 1923-cü il təvəllüdlü Mark Ribu 14 yaşından foto çəkməyə başlayıb. Ömrü uzunu Türkiyə, Əfqanıstan, Əlcəzair, Pakistan, İran, Çin, Vyetnam, Rusiya, ABŞ və digər ölkələrdə çalışıb. 1953-cü ildə çəkdiyi "Eyfel qülləsində rəngsaz" əsəri isə ona məşhurluq gətirib. Tanınmış fotoqrafın çəkdiyi fotolar dünyanın bir neçə muzeyində qorunur.

Bütün xəbərlər Facebook səhifəmizdə