ŞOK: İŞİD Mosulda 4 nəfərin ağzını tikdi

ŞOK: İŞİD Mosulda  4 nəfərin ağzını tikdi

İŞİD terror qruplaşmasının üzvləri İraqın Mosul şəhərində 4 nəfərin ağzını tikiblər. Axar.az xəbər verir ki, buna səbəb həmin insanların İraq ordusunun həyata keçirdiyi əməliyyatları tərifləməsi olub. Xalqın gözünü qorxutmaq məqsədilə cəzalandırılan şəxslərin avtomobilin arxasına qoşularaq bütün şəhər boyu gəzdirildiyi bildirilib.

Məlumata görə, son vaxtlar hökumət qüvvələrinin qazandığı zəfərlər terrorçuları ciddi təşvişə salıb. Bu səbəbdən İŞİD rəhbərliyinin son dərəcə aqressivləşdiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə