Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sentyabrın 3-də Çində keçiriləcək G20 zirvəsi çərçivəsində görüşəcək. SİA RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Putinin köməkçisi Yuri Uşakov deyib. Onun sözlərinə görə, prezidentlər bir sıra strateji layihələri, o cümlədən "Akkuyu" Atom Elektrik Stansiyasının və "Türk axını"nın tikintisini müzakirə etməyi planlaşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB