Suriya-Türkiyə sərhədində gərginlik səngimir. Türkiyənin nüfuzlu "Milliyet" qəzeti yazır ki, dünən Suriyadan Türkiyənin Kilis şəhəri atəşə tutulub. Qəzetin verdiyi xəbərə görə, şəhərə üç raket mərmisi düşüb, nəticədə 5 uşaq yaralanıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Uşaqlardan ən kiçiyinin 5, ən böyüyün isə 11 yaşı var. Yaralılar Kilis Dövlət Xəstəxanasına çatdırılıb. Məlumata əsasən, Türkiyə tərəfi cavab atəşi açıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB