Hindistanın mərkəzi bölgəsində sərnişin avtobusunun aşması nəticəsində 73 nəfər xəsarət alıb. APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 59-u xəstəxanalara yerləşdirilib. Sərnişinlərin əksəriyyətini məktəblilər və dövlət təşkilatlarının əməkdaşları təşkil edib. Məlumata əsasən, Cabalpur-Kulla marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB