Misirdə ağır yol qəzası baş verdi, 13 nəfər öldü

Misirdə ağır yol qəzası baş verdi, 13 nəfər öldü

Misirdə daha bir acı xəbərlə sarsılıb. "Veto-qeyt" portalı xəbər verir ki, ölkənin cənubunda ağır yol qəzası baş verib. Məlumata görə, hadisə Qahirə şəhərindən cənubda qeydə alınıb. Mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 13 nəfər ölüb, 4 nəfər yaralanıb. Ölənlərdən biri 9 yaşlı uşaqdır. Misir yol qəzalarındakı ölümlərin sayına görə ərəb ölkələri arasında 16-cı, dünyada isə 109-cu yeri tutur. Ötən il bu ölkədə 6,2 min nəfər yol qəzasında ölüb, 19,3 min nəfər xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə