Bu ilin oktyabrında Moskvada İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin lideri Mahmud Abbas arasında görüş keçirilə bilər. APA-nın məlumatına görə, bu barədə İsrailin "Ynetnews" saytı xəbər verib. Məlumata əsasən, hazırda görüşlə bağlı hazırlıq işləri aparılır. Danışıqlarda vasitəçi qismində Rusiya prezidenti Vladimir Putinin çıxış edəcəyi gözlənilir.
Bundan əvvəl Misir prezidenti Abdel Fəttah əs-Sisi bəyan etmişdi ki, V.PutinBenyamin Netanyahu ilə Mahmud Abbas arasında birbaşa danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB