13 kənd Azad Suriya Ordusunun nəzarətinə keçib

13 kənd Azad Suriya Ordusunun nəzarətinə keçib

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Firat qalxanı" əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu Cerablus və Rai bölgələrində daha 13 kəndi terrorçulardan təmizləyib. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Cerablus bölgəsində 10, Rai bölgəsində isə 3 kənd Azad Suriya Ordusunun nəzarəti altına keçib. Qeyd edək ki, "Firat qalxanı" adlı əməliyyata avqustun 24-də start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə