Türk qırıcıları PKK və PYD-ni bombaladı, 25 terrorçu öldürüldü

Türk qırıcıları PKK və PYD-ni bombaladı, 25 terrorçu öldürüldü

Türkiyə Silahlı Qüvvələri Aviasiyasının Suriyanın şimalında yerləşən Cerablus şəhərində keçirdiyi əməliyyat zamanı PKK və onun Suriya qolu PYD-nin onlarla silahlısı məhv edilib. "Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb. Məlumata görə, Türkiyə qırıcıları terrorçuların gizləndikləri 5 binanı bombalayıb. Hava zərbələri nəticəsində PKK və PYD-nin 25 üzvü öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə