Tel-Əviv aeroportunda 26 Gürcüstan vətəndaşı saxlanıldı

Tel-Əviv aeroportunda 26 Gürcüstan vətəndaşı saxlanıldı

İsrail sərhədçiləri Tel-Əviv aeroportunda 26 Gürcüstan vətəndaşını saxlayıblar. APA-nın xəbərinə görə, bunu Gürcüstan telekanalı bildirib. Saxlanılan vətəndaşlar turu eyni turizm şirkətindən əldə ediblər. Gürcüstan səfirliyi hadisənin təfərrüatlarını araşdırır. Məlumata görə, Gürcüstan vətəndaşları İsrail sərhədçilərinə zəvvar olduqlarını inandıra bilməyiblər. Turizm şirkəti gürcülərin adi sərhəd yoxlamasından keçə bilmədiklərini qeyd edib. Gürcüstanın rəsmi qurumları yaranmış vəziyyəti hələlik şərh etməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə