Kılıçdaroğlu: “Baş nazir xarici siyasəti 180 dərəcə dəyişdirmək istəyir”

Kılıçdaroğlu: “Baş nazir xarici siyasəti 180 dərəcə dəyişdirmək istəyir”

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu CNN-nin canlı yayımında hazırkı Baş nazir Binəli Yıldırımın apardığı siyasətdən olduqca məmnun olduğunu elan edib. O bildirib ki, Baş nazir xarici siyasət kursunda ciddi dəyişikliklərə can atır: "Mən Türkiyənin apardığı xarici siyasətin 180 dərəcə dəyişməsini istəmişdim. Bu gün Türkiyə həmin prosesin içərisindədir. Binəli bəy xarici siyasəti 180 dərəcə dəyişdirmək istəyir. Suriya məsələsini həll edəcəyik deyir", - partiya sədri bildirib. Qeyd edək ki, Kamal Kılıçdaroğlu keçmiş baş nazir Əhməd Davudoğlunun fəaliyyətini kəskin tənqid edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə