PKK Hakkaridə hərbçilərə hücum etdi: 4 hərbçi yaralandı

PKK Hakkaridə hərbçilərə hücum etdi: 4 hərbçi yaralandı

Türkiyənin Hakkari vilayətinin cənub-şərqində Şəmdinli rayonunda PKK terrorçuları ilə hərbçilər arasında baş verən atışmada 4 hərbçi yaralanıb. Trend bu barədə Anadolu agentlyinə istinadən xəbər verir. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar helikopterlə Hakkari vilayətinin dövlət xəstəxanasına gətirilib. Məlumatda qeyd olunur ki, PKK terrorçularının həbs olunması üçün regionda havadan dəstəklə əməliyyata başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə