Hillari Klinton Donald Trampı getdikcə üstələyir

Hillari Klinton Donald Trampı getdikcə üstələyir

Demokratlar Partiyasından ABŞ preizdentliyinə namizəd olan Hillari Klinton Respublikaçılar Partiyasından olan rəqibi Donald Tramp potensial səs sayında 5% üstələyir. "Report" xəbər verir ki, bunu "Reuters" və "Ipsos" tərəfindən aparılan sorğunun nəticələri göstərir. Məlumata görə, ictimai rəy sorğusunun nəticələri noyabrın 8-də keçiriləcək prezident seçkilərində potensial seçicilərdən 41%-nin H.Klintonu dəstəklədəyini nümayiş etdirib. Əvəzində D.Trampın bu baxımdan göstəricisi 36% təşkil edir. Sorğu zamanı rəyi soruşulanların 23%-i bu namizədlərdən heç birinə səs verməyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə