Bu gün İtaliyada matəm günüdür. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, avqustun 24-də İtaliyanın mərkəzində baş verən dəhşətli zəlzələ nəticəsində həlak olanlar bu gün torpağa tapşırılacaq. Matəm günü ilə əlaqədar ölkənin bütün istiqamətlərində bayraqlar endiriləcək. .
Rəsmi məlumatlara görə, zəlzələ qurbanlarının vida mərasimində İtaliyanın prezidenti və Baş naziri də iştirak edəcək.
Qeyd edək ki, İtaliyada baş verən zəlzələ nəticəsində 267 nəfər ölüb, 387 zərərçəkən isə xəstəxanada müalicəsini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB