Danimarkada ilk qadın məscidi açıldı

Danimarkada ilk qadın məscidi açıldı

Avqustun 26-da Kopenhagendə qadınlar tərəfindən idarə olunan ilk skandinav məscidində birinci namaz qılınıb. Axar.az xəbər verir ki, kişilər üçün girişin qadağan olunduğu məscid "İslam feminizmi" layihəsinin dönüş nöqtəsi hesab olunur. Altı ay əvvəl ticarət küçəsində yerləşən bir mənzildə yaradılan məscidin məqsədi qadınlara hakimiyyəti ələ ala biləcəklərini göstərməkdir. İmam Salihə Mari Fettehin ilk vəzində yarısı müsəlman olmaqla 60-a yaxın qadın iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə