Türkiyədə bütün hərbi hospitallar Səhiyyə Nazirliyinin tabeliyinə keçdi

Türkiyədə bütün hərbi hospitallar Səhiyyə Nazirliyinin tabeliyinə keçdi

Türkiyədə bütün hərbi hospitallar Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Bu barədə məlumatı Türkiyə Səhiyyə Nazirliyi yayıb. Məlumata görə, 26 vilayətdə yerləşən 32 hərbi xəstəxana, 1 reabilitasiya ocağı və 1 nəzarət mərkəzi bundan sonra nazirliyin tabeliyində fəaliyyətini davam etdirəcək. Nazirlik sənədləşmənin yerli vaxtla 17:00-da həyata keçirildiyini bildirib. Qeyd edək ki, qərarın FETÖ şəbəkəsi ilə bağlı aparılan istintaq tədbirlərindən qaynaqlandığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə