Braziliya polisi ölkənin keçmiş prezidenti Luis İnasiu Lula da Silvaya qarşı korrupsiya ittihamı irəli sürüb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ittiham "Petrobras" dövlət neft şirkəti ətrafında davam edən qalmaqalla bağlıdır. Məlumata görə, "Petrobras"-la əlaqəli olan "OAS" inşaat şirkəti sabiq prezidentin ailəsi üçün okeanın sahilində villa tikib. Qeyd edək ki, Braziliyanın ən iri neft şirkətində korrupsiya ilə bağlı araşdırma 2013-ci ildən etibarən davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB