Sergey Lavrovdan müəmmalı açıqlama

Sergey Lavrovdan müəmmalı açıqlama

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Cenevrədə ABŞ Dövlət katibi Con Kerri ilə keçiriləcək görüşdən öncə "Suriyada müharibənin dayandırılmasına nə mane olur" sualını cavabsız qoyub. Axar.az RİA-ya istinadən xəbər verir ki, nazir amerikalı jurnalistin sualına cavab verməyib. Əvəzində ona "görüş öncəsi atmosferi pozmaq istəmirəm" deməklə kifayətlənib. Xatırladaq ki, tərəflərin görüşü bağlı qapılar arxasında keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə