MDB ölkələri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclası sentyabrın 6-da Minskdə keçiriləcək. AZƏRTAC BELTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə məlumatı Belarusun baş prokuroru Aleksandr Konyuk verib.
O deyib: "MDB ölkələri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında əsas mövzu xarici debitor borcların qaytarılması olacaq. Rusiya və Qazaxıstan əsas tərəfdaşlarımızdır və müəssisələrimizin kontragentlərinin böyük hissəsi bu ölkələrdədir. Bu, iclasda başlıca məsələlərdən biri olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB