Sabahdan İstanbul şəhərinə yük maşınları buraxılmayacaq. APA-nın məlumatına görə, bunu İstanbulda Yavuz Sultan Səlim körpüsünün rəsmi açılış mərasimində çıxış edən Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, Sultan Səlim körpüsü "İpək Yolu"nun ən mühüm həlqələrindən biridir və sabahdan istifadə üçün açılacaq: "Sabahdan yük maşınlarının hamısı məhz Yavuz Sultan Səlim körpüsündən keçəcək, digər iki körpüyə yük maşınları buraxılmayacaq. Bu, İstanbulda avtomobil sıxlığının aradan qalxmasına xidmət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB