Kanada şokda: 3 ölü, 2 yaralı

Kanada daha bir faciəli hadisə ilə silkələnib. Məsələ burasındadır ki, Toronto şəhərində 3 nəfər arbaletdən qətlə yetirilib, 2 nəfər yaralanıb. Bu barədə xəbəri CTV News telekanalı yayıb. Məlumata görə, qətl aləti olan arbalet hadisə yerində polis tərəfindən aşkarlanıb. Şübhəli şəxs qismində bir nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə