Ağ Evdən şok açıqlama: ABŞ-Türkiyə gərginliyi qısa zamanda çözülməyəcək

Ağ Evdən şok açıqlama: ABŞ-Türkiyə gərginliyi qısa zamanda çözülməyəcək

Fətullah Gülən mövzusu ABŞ və Türkiyə arasında müəyyən gərginlik yaratdı və bunun qısa zamanda yoluna qoyulması gözlənilmir. Nurçu liderin ekstradisiyası hüquq çərçivəsində həyata keçirilməlidir. Co Bayden də məhz bunu nəzərdə tuturdu.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Coş Ernest ABŞ vitse-prezidenti Co Baydenin "Keşkə Gülən ABŞ yerinə, başqa bir ölkədə yaşayardı" fikrinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutmuşdu. Görüşün əsas mövzusu məhz terrorçubaşı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsi olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə