Türkiyə ikinci tank kalonunu Suriyaya göndərdi

Türkiyə ikinci tank kalonunu Suriyaya göndərdi

Bu gün səhər saatlarında Türkiyə ordusunun daha 10 tankı və buldozer texnikası Qaziantepin Karkamış qəsəbəsi istiqamətindən Suriya ilə sərhədi keçib. SİA-nın Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, tanklar ötən gün Azad Suriya Ordusunun nəzarətinə keçən Cerablus qəsəbəsi istiqamətində irəliləyib.

Hazırda Cerablus qəsəbəsində və ətraf kəndlərdə sakilikdir, İŞİD terrorçuları mövqelərini tərk edərək cənuba doğru çəkilib. "Fərat Qalxanı" əməliyyatının Cerablusun azad edilməsi ilə məhdudlaşdırılacağı, yaxud əməliyyatların davam etdiriləcəyi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə