Ərdoğan amerikalı jurnalistə qəzəbləndi

Ərdoğan amerikalı jurnalistə qəzəbləndi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenlə dünənki görüşü zamanı İŞİD terror qruplaşması ilə bağlı "İslam dövləti" ifadəsini işlədən amerikalı jurnalistə xəbərdarlıq edib. Axar.az xəbər verir ki, Bayden xanım jurnalistin İŞİD-lə bağlı sualını cavablandırdıqdan sonra Ərdoğan narazılığını ifadə edib. "Buradakı xanım bir ifadə işlətdi. Onunla bağlı fikrimi bildirmək istəyirəm. İslam dövləti dediyimiz zaman, oradan terror çıxmaz. Terror qruplaşması İŞİD-dir, İslam dövləti deyil", - Ərdoğan bildirib. Qeyd edək ki, dünən rəsmilər arasında 2.5 saat davam edən görüş baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə